İnsanlıq tarixinin indiyədək şahidi olduğu ən dəhşətli qətllərdən birini törədən Genevieve Lhermitte - Nə etmişdi?

İnsanlıq tarixinin indiyədək şahidi olduğu ən dəhşətli qətllərdən birini törədən Genevieve Lhermitte - Nə etmişdi?

Tarix 28 fevral 2007-ci ili göstərdiyi zaman Belçikada hər kəsin qanını donduran qətliam baş verdi. Genevieve Lhermitte öz uşaqlarını vəhşicəsinə öldürdü.
 

Sfera.az insanlıq tarixinin ən dəhşətli cinayətinin təfərrüatlarını təqdim edir.
 

28 fevral 2007-ci ildə bəşəriyyətin şahidi olduğu ən dəhşətli qətllərdən biri baş verdi...


Genevieve Lhermitte (Lermitte) ərzaq mağazasından aldığı bıçaqla öz uşaqlarını öldürüb. Həmin vaxt uşaqların ataları xaricdə idi... Lermitte qətlləri törətdikdən sonra intihara cəhd etsə də, buna nail ola bilməyib.

 

Hadisənin pərdə arxasına baxmaq üçün bir az da geriyə getməliyik. 22 sentyabr 1990-cı ildə Genevieve Lhermitte Bouchaib Moqadem ilə evlənir. Yeni evlənənlər, Moqademin ailə dostu Dr. O.Michel Schaar (Mişel Şaar) yaşadığı mənzildə məskunlaşıb.


Dr. Schaar ilə bir evi paylaşan yeni evlənən cütlük üçün əvvəlcə hər şey yolunda görünürdü. Dr.Schaar Moqademin ailə dostu idi, hətta Moqadem onu ikinci atası hesab edirdi. Schaar da cütlüyə maddi dəstək verirdi. Genevieve Lhermitte bunun müvəqqəti olduğunu düşünür və bu vəziyyətə uyğunlaşmağa çalışırdı.
Genevieve pedaqoq kimi karyerasına başlayandan qısa müddət sonra ilk övladı Yasmini dünyaya gətirdi. Üç ildən sonra qızı Noranı qucağına aldı. Nora doğulduqdan sonra doğuş sonrası depressiyaya görə müəllimliyə ara verdi.


1996-cı ildə Dr.Schaar Moqademi əvvəlcə yarımştat, sonra isə tam ştatlı olaraq köməkçisi kimi işə götürdü. Bu müddət ərzində Schaar məzuniyyətlər, təmir işləri, aylıq ödənişlər və hər bir ailə üzvü üçün həyat sığortası da daxil olmaqla xərclərin böyük hissəsini qarşılamağa davam etdi.
Dr.Schaar bu yolla gənc cütlüyün maddi vəziyyətinə kömək edərkən birlikdə yaşamaq üçün yeni bir ev almışdı. Brüsseldən Nivellə köçməzdən əvvəl Genevieve Lhermitte Miriam və Mina adlı əkiz qızları dünyaya gətirdi.


Həyat yoldaşının uzun səyahətləri, həftələrcə evdən uzaqda ailəsini ziyarət etməsi və alkoqol asılılığı onu incidirdi. Cütlüyün münasibətləri bu məsafəyə görə korlanmağa başlayıb. Lhermitte 9 avqust 2003-cü ildə ilk oğlu və beşinci övladı Medhi dünyaya gətirdi. Naməlum səbəblərdən Dr. Schmaar, Lermitte psixiatra müraciət etməyi təklif edib. Beləliklə, gənc ana 2005-ci ildə Diderik Veldekens adlı psixiatrla görüşməyə başlayır.
Hadisə baş verən gün, 28 fevral 2007-ci ildə ata Moqadem xaricdə olub. Onun həmin gün ailəsini görməyə getdiyi Mərakeşdən dönəcəyi gözlənilirdi.


Hadisə baş verən gün, 28 fevral 2007-ci ildə ata Moqadem xaricdə olub. Onun həmin gün ailəsini görməyə getdiyi Mərakeşdən dönəcəyi gözlənilirdi.
Hadisə baş verməmişdən əvvəl Lhermitte dostu Valeriyə Dr.Schaarı “əri və uşaqları ilə yaxınlığını oğurlayan çürük bir pozğun" adlandıran bir məktub göndərdi. Həmçinin, Dr. Schaarın əri ilə bağlı narahatlığına laqeyd qaldığını söylədi. Bu mesajları göndərdikdən sonra o, qətlləri törətmək üçün yaxınlıqdakı bazardan meyvə bıçaqları alıb.

Lhermittenin polisə verdiyi ifadəyə görə, o, uşaqlar "Casus uşaqlar" filminə baxarkən bıçaqları gizlədib və qızı Mianı yanına çağırıb.

Qadın kiçik qızı boğmağa başlayanda uşaq ona qarşı müqavimət göstərib. Uşaqdan üzr istəyərək, ona təsəlli verən ana onun boğazını kəsib. Daha sonra yeganə oğlu Medhini öldürüb. Medhi boğa bilməyən Lermitte balaca oğlanın boynunu kəsib.

Lermittenin ifadəsinə görə, o, daha sonra qızı Myriama ofisdə ona sürpriz hazırladığını deyib. Myriam kabinetə girən kimi Lermitte ona oturub gözlərinin üstünə mavi dəsmal bağlamağı tapşırır. Lermitte mərmər əşya ilə Myriamın başına vurub, sonra isə onun boynunu kəsib.

Dr. O. Schaarın xaç qızı olan Noranı isə kürəyindən bıçaqlayaraq öldürür. O, xaç qızı olduğu üçün həkimi daha çox incitmək üçün vanna otağının güzgüsünə Noranın qanı ilə "JUD" yazıb. Daha sonra o, məhkəmədə əslində “JUDAS” yazmaq istədiyini deyəcəkdi. (Judas bir çox dillərdə "Yəhuda" deməkdir.)
Yasmine Lhermittenin son qurbanı oldu. Anası Yaseminə Miriamla olduğu kimi bir sürprizi olduğunu deyib.

Yasmine ofisə girən anasının əlindəki bıçağı görüb və qaçmağa çalışıb. Mübarizədən sonra anası digər uşaqlarına etdiyi kimi onun da kürəyindən bıçaqlayıb və boynunu kəsib.

 

Lhermitte bütün uşaqlarını öldürdükdən sonra intihara cəhd edib, lakin bacarmayıb və səlahiyyətlilərə zəng edib. Polislər evə gələndə qapıda "polisləri çağırın" yazılı bir qeyd tapırlar. Genevieve Lhermitte huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.


Polis cəsədləri çarpayılarında, qollarında yumşaq oyuncaqlarla tapıb.
2008-ci il dekabrın 8-də başlayan məhkəmə prosesi təxminən iki həftə davam edib. Günahını etiraf edən Lhermitte orta yaşlı belçikalı həkim Dr. O. Michel Schaarın ailəsi ilə yaşamasının onun həyat yoldaşı və ana rollarına təsir etdiyini bildirib. Lhermitte əlavə edib ki, Schaar onlarla birlikdə bal ayına gedib və onların otağında qalıb.


“Biz sevişməzdən əvvəl onun yuxuya getməsini gözləməli olurduq. Mənə qəribə gəldi, amma Buchaib həkimin onu ögey atası kimi gördüyünü deyirdi. Düşünürəm ki, həkim ərimi platonik şəkildə sevirdi”.

Lhermitte əlavə edib ki, Scharr onun evliliyinə təcavüz edib və ailə ondan asılı olub:
“O, bizimlə televizora baxar və bizimlə səyahət edərdi. Ondan maddi cəhətdən asılı idik”.


Məhkəməsinin sonunda Lhermitte beş uşağını öldürdüyünə görə ən ağır cəzanı alıb. Hakim və münsiflər heyəti heç bir şəkildə yüngülləşdirici halları nəzərə almadılar. Lhermitte peşman olduğunu və məhkəmə hökmünü qəbul etdiyini bildirib.

 

Psixiatrlar iddia edirdilər ki, Lhermitte cinayətləri törətərkən ağlı başında olmayıb və buna görə də günahkar hesab edilməməlidir. Onun həbsxana əvəzinə psixiatriya xəstəxanasına getməli olduğunu düşünsələr də, münsiflər heyəti bununla razılaşmayıb.


Ömürlük həbsə məhkum edilən Lermitte daha sonra həkiminə qarşı 3 milyon avroluq təzminat iddiası qaldırıb. Lhermittenin fikrincə, psixiatrdan kömək istəyəndə bu vəziyyəti görməli idi. Əgər vaxtında müdaxilə olsaydı, bütün bunlar baş verməzdi. Məhkəmə bu iddianın cinayətə aidiyyəti olmadığı qənaətinə gəlib və həkimə heç bir sanksiya tətbiq edilməyib. 2012-ci ildə bu hadisə əsasında “Uşaqlarımız” adlı film nümayiş olunub. Moqadem və Schaar filmin çəkilişinə etiraz etsələr də, heç bir nəticə əldə edə bilməyiblər. Moqadem və Schaar həmçinin filmin onların şəxsi həyatlarını pozduğunu və onları yanlış təqdim etdiyini bildiriblər.
Lhermitte indi 56 yaşındadır və hələ də həbsdədir.




Keçmiş həyat yoldaşı və öldürdüyü beş uşağın atası Moqauem 2010-cu ilin fevralında başqası ilə evlənib və bir övladı var. Yaşasaydı, böyük qızları Yasmin 29, Nora 27, Myriam 25, Mina 23 və Medhi 18 yaşında olacaqdı…

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR