Yerin altında gizlənən sirli canlıların yeni balıq növü olduğu ortaya çıxdı - FOTO

Yerin altında gizlənən sirli canlıların yeni balıq növü olduğu ortaya çıxdı - FOTO

Hindistanda elm adamları altı il ərzində yerli əhalinin müşahidə etdiyi sirli yeraltı canlının hər hansı bir əlamətini axtarırlar. Komanda insanlarla söhbət edərək və potensial yeni balıq növlərinin hallarını sənədləşdirərək Kerala bölgəsində tədqiqat aparıb.
 

Sfera.az bildirir ki, “Vertebrate Zoology” jurnalında dərc edilən araşdırmaya görə, bu canlılar yalnız yeraltı su təbəqələrində yaşayır.
 

Tədqiqatçılar yazır: "Bu yeraltı heyvanlarla rastlaşmalar çox vaxt təsadüfən və ya yeraltı su dünyasına giriş qapıları diqqətlə öyrənildikdə baş verir".


Komanda quyuları və su çənlərini qurudaraq, dayaz bataqlıqlardan tutmuş ev bağlarına və plantasiyalara qədər hər şeyi tədqiq edib, Kerala bölgəsi boyunca mağaralarda yem tələləri qurulub. Alimlər ümid etdikləri nəticəni əldə edə biliblər. Onlarla yeraltı "qəribə" kiçik pişik balığı kəşf edilib. Alimlər yeni balıq növünü kəşf edə biləcəklərini istisna etmirlər.
 

Tədqiqatçıların fikrincə, “Horaglanis populi” Keralada yaşayan kiçik, kor, piqmentsiz pişik balığı növüdür. Bu sirli balığın gözləri yoxdur və rəngi “qan qırmızısıdır".
 

Tədqiqatın müəllifi Nilesh Dahanukar :
 

"Bizim genetik analizimiz göstərdi ki, (Horaqlanis) populi bütün digər məlum növlərdən genetik cəhətdən əhəmiyyətli dərəcədə fərqlənir, lakin onu digər növlərdən ayırmaq üçün heç bir morfoloji fərqin olmaması bizi təəccübləndirib”- deyə bildirib.
 

Tədqiqatda deyilir ki, Horaglanis populi və digər yeraltı pişik balıqlarından alınan DNT nümunələrinin müqayisəli təhlili göstərdi ki, yeni növün digər məlum növlərdən genetik məsafəsi 13-17% arasındadır. Pişik balığı növlərinin genetik məsafəsi 7%-dən çox olduqda ayrı növ hesab olunur.


"Bütün dörd növ (torpaq balığı) arasında yüksək genetik divergensiyaya baxmayaraq, onları ayırd etməyə kömək edəcək heç bir morfoloji fərq yoxdur. Nəticədə, bu növlər arasında fərq qoymağın yeganə yolu genetik barkoddu”-deyə Dahanukar bildirib.
 

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR