“Dune: Part Two\" filminin ilk treyleri yayımlandı - VİDEO

“Dune: Part Two\

“Warner Bros” televiziya şirkəti bu ilin ən gözlənilən filmlərindən olan yeni "Dune" filminin ilk treylerini nümayiş etdirib.
 

Sfera.az bildirir ki, treylerdə yeni personajlar da nümayiş etdirilib. Belə ki, şahzadə İrulan rolunu Florens Pyu, baron Harkonnenin qəddar qardaşı oğlu Fade-Raut rolunu Ostin Batler, Ledi Marqo Fenriq rolunu isə aktrisa Lea Seydu oynayıb.


Baş rollarda Timothee Chalamet (Paul Atreides), Zendaya (Chani), Rebecca Ferguson (Lady Jessica), Xavyer Bardem (Stilgar), Cosh Brolin (Gurney Halleck), Stellan Skarsgard (Baron Vladimir Harkonnen) və Dave Bautista (Glossu Rabban) çəkilib.

David Lynchin 1984-cü ildə çəkdiyi filmin yeni versiyasında Stinq Fade-Rout rolunu oynayıb. Villeneuve, Austin Butlerdən Harkonnenin qardaşı oğlu kimi danışarkən, onun qəddar və narsist bir strateq olduğunu bildirib. Batlerin özü də rolu haqqında “sadəcə dəhşətlidir”deyib.
 

Treylerin altındakı təsvirdə deyilir ki, "Dune" filminin ikinci hissəsi Pol Atreidesin mifik səyahətindən bəhs edəcək. O, Çani və Fremenlərlə birləşəcək və ailəsini məhv edən sui-qəsdçilərə qarşı döyüş yoluna çıxacaq.
 

Həyat eşqi ilə məlum kainatın taleyi arasında seçim qarşısında qalaraq, yalnız özünün görə biləcəyi dəhşətli gələcəyin qarşısını almağa çalışacaq.


"Dunes: Part Two" filminin çəkilişləri təxminən beş ay əvvəl Budapeştdə, İtaliyada, Abu Dabi və İordaniya səhralarında 2022-ci ilin dekabrında başa çatıb.
 

İkinci hissə tamamilə IMAX formatında yaradılan ilk filmin cəmi 40%-i bu formatda çəkilib. Filmi. rejissoru, uşaqlıqdan Frank Herbertin kult əsərini çəkmək arzusunda olan Denis Villeneuvedir.
 

Filmin treylerini linkə daxil olaraq izləyə bilərsiniz:

 

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR