NASA misligörünməmiş təcrübə sınaqdan keçirdi - Ayda oksigen istehsal etmək mümkün olacaq

NASA misligörünməmiş təcrübə sınaqdan keçirdi - Ayda oksigen istehsal etmək mümkün olacaq

Alimlər yeni təcrübə zamanı süni Ay reqolitindən oksigen çıxara biliblər. NASA-nın alimləri yeni təcrübə nəticəsində süni şəkildə yaradılmış reqolitdən, yəni Ay torpağından oksigen çıxara biliblər. Bu, onu planetimizdən ora gətirməməklə birbaşa Yerin peykində çıxarmağa imkan verir.


Sfera.az bildirir ki, bu barədə NASA-nın rəsmi səhifəsi Space yazıb.

 

Ayda astronavtların həyatı üçün lazım olan hər şeyi əldə etməyi öyrənmək NASA-nın əsas məqsədlərindən biridir. Artıq 2 ildən sonra, son 50 ildə ilk dəfə astronavtlar Yerin peykinə enməlidirlər. Bundan sonra yaxın gələcəkdə burada ilk daimi baza yaradılacaq. Ayda gələcək kolonistlərə su ilə yanaşı, nəfəs almaq üçün də oksigen lazımdır. Oksigen, həmçinin raket yanacağının istehsalı üçün də istifadə edilə bilər.

Alimlər Ay reqolitindən oksigeni çıxarmaq üçün vakuum kamerası olan xüsusi reaktordan istifadə ediblər. Bu təcrübə NASA-nın “Lyndon Johnson Kosmik” Mərkəzində həyata keçirilib. Günəş işığını imitasiya edən diametri 4,6 metr olan sferik vakuum kamerasına xüsusi lazer yerləşdirilib. Alimlər bu lazerdən istifadə edərək yüksək temperaturun təsiri altında süni reqoliti əridə biliblər. Ayın torpağı əriyəndə məlum olub ki, dəm qazı kimi tanınan karbonmonoksit buraxılıb və ondan artıq təmiz oksigen ayrılıb.





Alimlərin fikrincə, belə reaktorlar Aya çatdırıla və astronavtların nəfəs alması üçün lazım olan oksigeni birbaşa Yerin peykində istehsal edə bilər. Alimlər hesab edirlər ki, çox böyük miqdarda oksigen yaratmaq olar və ondan raket yanacağı da istehsal oluna bilər. Yəni, Yerdən nəfəs almaq üçün daha az oksigen və daha az raket yanacağı çatdırılmalıdır. Bu, Aya uçuşların xərclərini azaldacaq və gələcək bazanın, sonra isə koloniyanın daha sürətli inkişafına imkan verəcək. Alimlər hesab edirlər ki, bu texnologiya NASA-nın əslində nail olmağa çalışdığı Ayda sabit uzunmüddətli insan mövcudluğunu təmin edəcək.

 


 

2025-ci ildə “Artemis 3” missiyasının bir hissəsi olaraq, hər şey plana uyğun getsə, 1972-ci ildən bəri ilk dörd astronavt Aya gedəcək. Bundan sonra tarixdə ilk orbital Ay stansiyasının tikintisinə başlanacaq ki, bu da astronavtların Yerlə Ay arasında hərəkətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Sonra həmin baza Marsa insanlı uçuşlar üçün yükdaşıma məntəqəsinə çevriləcək.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR