Tramp yenidən Ukraynadakı müharibəni 24 saata bitirəcəyinə söz verdi - VİDEO

Tramp yenidən Ukraynadakı müharibəni 24 saata bitirəcəyinə söz verdi - VİDEO

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynada müharibə barədə növbəti dəfə açıqlama verib. O, ABŞ prezidenti olacağı təqdirdə 24 saat ərzində buna son qoyacağına inanır.
 

Sfera.az bildirir ki, Tramp bunu “GB News”a müsahibəsində deyib.

Trampın fikrincə, Co Baydenin səriştəsizliyi olmasaydı, Vladimir Putin heç vaxt Ukraynaya hücum edə bilməzdi.


"Yenidən seçilsəm, Ukraynadakı müharibəni bir günə bitirəcəm. Bunu eliyə bilərəm. Çox asan olacaq. Bunun çoxu pulla bağlıdır"- deyə Tramp bildirib.

 

O, Ukraynadakı müharibəni “dayandırılmalı olan “fəlakət” adlandırıb.

Xatırladaq ki, Tramp artıq bundan əvvəl də Ukraynadakı müharibəni 1 günə bitirə biləcəyini demişdi. O, Ukraynanın hərbi cəhətdən güclənməsinin təşəbbüskarı olduğunu, ölkəyə hərbi sahədə kömək etməyə başladığını və əgər o, Ağ Evdə olsaydı, Putinin genişmiqyaslı işğal barədə qərar verə bilməyəcəyini demişdi.
 

Daha əvvəl isə Tramp Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibəti ilə öyünüb və çox yaxşı anlaşdıqlarını demişdi. Ağ Evin keçmiş sahibi qeyd edib ki, Ukrayna mövzusu onun ABŞ prezidenti olarkən Rusiya lideri ilə söhbətlərində tez-tez müzakirə mövzusu olub.
 

ABŞ-ın eks-prezidenti əmindir ki, işğalçı ölkə Rusiya lideri ilə razılığa gələ bilər.

 

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...

Lənkəranda gənc oğlan öldürüldü, saxlanılan var

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdiril...

Depressiya bu xəstəliyə gətirib çıxarır - XƏBƏRDARLIQ

Elmi araşdırmalar depressiyadan əziyyət çəkən insanların 2-ci tip diabet inkişaf riskinə daha çox həssas olduğunu müəyyən edib.   Sfera.az xəbər verir ...