Rusiyanın 18 şəhərində 9 may paradları ləğv edildi

Rusiyanın 18 şəhərində 9 may paradları ləğv edildi

Rusiyanın ən azı 21 şəhərində təhlükəsizlik məqsədilə 9 may paradları ləğv edilib.
 

Sfera.az bildirir ki, Rusiyanın həm cəbhəyanı şəhərlərində, həm də cəbhə xəttindən uzaq rayonlarda paradlar dayandırılıb.
 

Məsələn, Belqorodda paradın ləğvi şəhərin mərkəzində “böyük texnika və hərbi heyətlə düşməni təxribata çəkmək” istəməməsi ilə izah edilib. Kursk məsələsində hakimiyyət “indiki vəziyyətə” istinad edib, Bryansk vilayətinin qubernatoru isə hakimiyyətin paradı keçirə bilməyəcəyini bildirib, lakin bunun səbəbini açıqlamayıb.
 

Krımın ilhaq edilmiş Kerç və Simferopol şəhərlərində qələbə paradları keçirilməyəcək. Yarımadanın qondarma rəhbəri Sergey Aksyonovun sözlərinə görə, bu qərar təhlükəsizlik məqsədilə qəbul edilib. Sevastopoldakı parad da ləğv edilib.


Bundan əlavə, cəbhədən uzaqda yerləşən Nijnevartovsk, Surqut və Xantı-Mansiyskdə paradlar olmayacaq. Şəhər meriyaları təhlükəsizlik səbəbindən bayram tədbirlərinin artıq ləğv edildiyi ölkənin digər bölgələri ilə həmrəylik nümayiş etdirmək istədiklərini iddia ediblər.
 

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi də mülki ruslara mayın 9-da Moskvada keçiriləcək hərbi paraddan uzaq durmağı tövsiyə edib.
 

Yeri gəlmişkən, bu il Putinin paradına yalnız bir xarici dövlət başçısı - Qırğızıstan prezidenti Sadır Japarov gələcək.
 

Dünən Rusiya Dövlət Duması qartalların köməyi ilə Kremlin PUA-lardan qorunmasını təklif edib. Rusiya parlamentinin deputatı Aleksey Juravlev prezident ofisinin və Ali Radanın binasının dağıdılmasını, həmçinin dronlardan qorunmaq üçün quşlardan istifadə etməyi təklif edib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR