Polis məşhur aktyorun evinə basqın etdi: 27 yaşlı qadının...

Polis məşhur aktyorun evinə basqın etdi: 27 yaşlı qadının...

Los-Anceles polisi məşhur kanadalı aktyor Kianu Rivzin evinə basqın edib.

 

Sfera.az bildirir ki, buna səbəb 27 yaşlı qadının itkin düşməsi ilə bağlı daxil olan xəbər olub. Lakin tezliklə ev ünvanının səhv verildiyi, bunun aktyorla heç bir əlaqəsinin olmadığı öyrənilib.

 

Kianu Rivz itkin düşdüyü iddia edilən qadınla bağlı məlumatsız olduğunu deyib. Bir müddət sonra polisin səhvən onun evinə basqın etdiyi ortaya çıxıb. Məlumat verənin təsadüfən Kianunun ev ünvanını verib-vermədiyi və ya zarafat etməyə çalışdığı bəlli deyil. Aktyorun evinə gələn polislərə qarşı son dərəcə nəzakətli davrandığı, hər sualı səmimi cavablandırdığı, evində axtarış aparılarkən heç bir problem yaratmadığı da bildirilib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR