\"Vladimir Putin ekstremal vəziyyətlərdə...\" - Peskov Kremlə hücumdan DANIŞDI

\

"Rusiya Prezidenti Vladimir Putin ekstremal vəziyyətlərdə heç vaxt özünü itirmir".

 

Sfera.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlə hücuma dövlət başçısının reaksiyası ilə bağlı sualı cavablandırarkən bildirib. 


“Qeyri-standart vəziyyətdə Putin özünü sakit və ehtiyatlı aparır, dəqiq göstərişlər verir, ona görə də bununla bağlı yeni heç nə baş verməyib”, - Kreml sözçüsü jurnalistlərlə söhbətində vurğulayıb.

 

Peskov həmçinin prezident iqamətgahına hücumun hərtərəfli araşdırılmasının vacibliyini bəyan edib. O, ibtidai istintaqın tarixlərini dəqiqləşdirməyib və bunun Rusiya İstintaq Komitəsinin yurisdiksiyasında olduğunu bildirib.


Onun sözlərinə görə, Moskva Ukraynanın Kremlə hücumuna cavab vermək üçün müxtəlif variantları nəzərdən keçirir.

 

Peskov bildirib ki, yalnız ölkənin maraqlarına uyğun olaraq nəzərdən keçirilən addımlardan danışmaq olar. 

 

Xatırladaq ki, mayın 3-nə keçən gecə iki pilotsuz təyyarə Vladimir Putinin Kreml iqamətgahına hücum edib. Rusiya tərəfi hücumun arxasında Ukraynanın dayandığını bildirib.

 

Əzizə
 


OXŞAR XƏBƏRLƏR