“Kremlə hücum əmri ABŞ-dən verilib...” - Peskov

“Kremlə hücum əmri ABŞ-dən verilib...” - Peskov

Kreml Vladimir Putini hədəf alan hücumların arxasında ABŞ-nin olduğunu iddia edib.

 

Sfera.az bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb. "Bilirik ki, bu cür hücumlarla bağlı qərarlar Kiyevdə deyil, Vaşinqtonda verilir. Kiyev sadəcə, əmrləri yerinə yetirir”, deyə Peskov söyləyib.

 

Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken Kreml Sarayına dronlarla hücumun arxasında Ukraynanın olduğuna dair iddiaların təsdiq edilmədiyini, buna şübhə ilə yanaşdıqlarını  bildirmişdi.

 

Türkan


OXŞAR XƏBƏRLƏR