Ermənistanda ölüm hökmü ləğv ediləcək

Ermənistanda ölüm hökmü ləğv ediləcək

Ermənistan ölüm hökmünün tam ləğvi ilə bağlı protokol imzalayacaq. 


Sfera.az xəbər verir ki, Avropa İnsan Hüquqları Konvensiyasına 13 saylı Protokolun ratifikasiyası ilə bağlı qərar layihəsi hökumətin iclasında təsdiq edilib.

 

Xatırladaq ki, 2003-cü ildə Ermənistan ağır hərbi cinayətlərə görə ölüm cəzasına icazə verən "N6" protokolu qəbul edib.

 

2006-cı ildə Ermənistan 13 saylı protokolu imzalasa da, sonradan onu ratifikasiya etməyib. Hazırda bu prosesin başa çatdırılması planlaşdırılır.

 

İnci


OXŞAR XƏBƏRLƏR