15 yaşlı qızla evlənib üzərində siqaret söndürənə bu cəza verildi

15 yaşlı qızla evlənib üzərində siqaret söndürənə bu cəza verildi

Salyanda 15 yaşlı qızla evlənən oğlana 2 il 6 ay həbs cəzası verilib.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ötən gün Salyan Rayon Məhkəməsi hökm elan edib.

 

Belə ki, keçən il 2003-cü il təvəlüdlü Tural Nəzirov (şərti) 2006-cı il təvəllüdlü Çinarə Quliyeva (şərti) ilə evlənib. Toy məclisi evdə ailələr arasında təşkil olunduğu üçün rəsmi qurumlar bundan xəbər tutmayıb. Həmin vaxt qızın 16 yaşı tamam olmayıb. Lakin qısa müddət sonra 18 yaşlı oğlan başqa qızlarla mesajlaşdığı üçün cütlük arasında mübahisə yaranıb. Tural 15 yaşlı həyat yoldaşını döyməyə başlayıb. Onun üzərində siqaret söndürüb. Daha sonra Ç.Quliyeva ata evinə qayıdıb və ərindən polisə şikayət edib.

 

T.Nəzirov Türkiyəyə getmək istəyərkən aeroportda saxlanılıb. O, döyülmə şikayətinə görə saxlanılsa da, sonradan ona yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmasına görə də ittiham verilib. Tural Cinayət Məcəlləsinin 133.2.4 (yetkinlik yaşına çatmayan şəxsə əzab vermə) və 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə təqsirli bilinib. O, məhkəmədə Çinarə ilə evlənərkən onun azyaşlı olduğunu bildiyini etiraf edib. Çinarə isə Turala könüllü şəkildə ərə getdiyini, lakin hazırda şikayətçi olduğunu bildirib.

 

Məhkəmə faktları nəzərə alaraq, T.Nəzirova ittiham olunduğu hər bir maddə üzrə 2 il həbs cəzası verib. Cəzaların qismən toplanması yolu ilə onun üzərində qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.


OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...