Ermənistan parlamentinin sədri Türkiyəyə bu xahişlə gedib - Açıqlama

Ermənistan parlamentinin sədri Türkiyəyə bu xahişlə gedib - Açıqlama

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Ankarada Türkiyə parlamentinin sədri Mustafa Şentopla görüşdə Türkiyənin hava məkanının erməni aviaşirkətləri üçün bağlanması ilə bağlı problemi müzakirə etmək niyyətindədir.

 

Sfera.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

 

"Bu gün Ermənistan parlamentinin sədri Alen Simonyan Ankarada Türkiyə parlamentinin sədri ilə görüşəcək. O, görüşdə Türkiyənin hava məkanının bağlanması məsələsini gündəmə gətirmək niyyətindədir. Real problemləri həll etmək lazımdır, erməni aviadaşıyıcıların hava məkanından istifadə edə bilməməsi problemlər yaradır”, - deyə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sarqis Xandanyan bildirib.

 

Xatırladaq ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə İrəvanın mərkəzində "Nemesis" abidəsinin qoyulması təxribatına cavab olaraq Ermənistan təyyarələrinin üçüncü ölkələrə uçuşları üçün hava məkanını bağlayıb.

 

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın mərkəzində abidənin açılışı zamanı deyib ki, Türkiyənin üçüncü ölkələrə uçan erməni təyyarələri üçün hava məkanını bağlaması Türkiyə üçün deyil, Ermənistan üçün daha ciddi problemdir.

 

Ermənistan parlamentinin sədri hazırda Ankaradadır və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılmasının 30 illiyi ilə bağlı Parlament Assambleyasına üzv ölkələrin parlament başçılarının sammitində iştirak edir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR