Kremlə hücum tamaşasını Putin təşkil edib? - “The Telegraph”ın ŞƏRHİ

Kremlə hücum tamaşasını Putin təşkil edib? - “The Telegraph”ın ŞƏRHİ

“Putin tam səfərbərliyə haqq qazandırmaq üçün Kreml hücumunu təşkil etmiş ola bilər”.

 

Sfera.az bildirir ki, bu barədə “The Telegraph”da yayımlanan məqalədə qeyd olunub. Nəşr sözügedən hadisəni Moskva üçün “utancverici” adlandırıb:

 

“Kimin məsuliyyət daşıdığı tamamilə aydın deyil, amma Ukraynanın sürətli təkzibi də işi asanlaşdırmır. Bəziləri bunun növbəti vəhşiliklərə haqq qazandırmaq üçün Kreml tərəfindən təşkil edilmiş “saxta bayraq” hücumu olduğunu irəli sürdü. Həmin şəxslər xəbərlərin dövlət kanallarında yayımlanmasını fakt olaraq işarə etdilər. Hücumun arxasında kimin və ya nəyin olmasından asılı olmayaraq, bunun müəyyən təsirlərinin olacağı bəllidir”.

 

“The Telegraph”  hadisənin saxta olacağı halda, Putinin odla oynadığını vurğulayıb:

 

“Panikaya düşən və qəzəbli xalqı sakitləşdirmək çətin olacaq. Digər tərəfdən, Ukraynanın öz hüdudlarından kənara zərbə endirməsi fikri Vaşinqtonda bir çox rəsmiləri çoxdan narahat edir. Əgər bu, Ukrayna hücumudursa və onlar ABŞ-yə niyyətlərini əvvəlcədən izah etməyiblərsə,  Zelenskinin “diplomatik saxtakarlığı” kimi qiymətləndirilə bilər. Lakin o, bacarıqlı bir siyasətçidir və yarana biləcək etirazları, riski əvvəlcədən görür. Hər bir halda, Rusiyanın hava hücumundan müdafiə şəbəkəsi paytaxtın mərkəzinə zərbənin qarşısını ala bilməyəcək qədər səriştəsizdir. Bu isə Rusiya üçün alçaldıcı haldır”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR