“Ararat Mirzoyan absurd təkliflərlə...” – Vaşinqton görüşündə nələr baş verir?

“Ararat Mirzoyan absurd təkliflərlə...” – Vaşinqton görüşündə nələr baş verir?

Artıq bir neçə gündür, Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüşlər davam edir.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Zaur Məmmədov deyib ki, Ararat Mirzoyan növbəti dəfə absurd təkliflər irəli sürərək sənədin imzalanmasına imkan verməyib:

 

“İstisna etmirəm ki, şərti olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair razılıq sənədinə erməni tərəfi “beynəxalq qarantorlar; Alma-Ata Bəyannaməsi əsasında demarkasiya- delimitasiya; ATƏT-in Minsk qrupunun üç üzvünün iştirakı ilə Qarabağ erməniləri və Azərbaycan hakimiyyəti arasında hüquq və təhlükəsizliklə bağlı danışıqlar” kimi bəndlərin salınmasına israr edib. Əvəzində isə separatizmi pisləyən ifadədən yan qaçıb”.

 

Ekspert qeyd edib ki, Azərbaycan Laçın rayonu ilə bağlı beynəlxalq qarant institutuna müraciət etməyəcək:

 

“Qarabağ Azərbaycanın daxili hissəsidir, əgər kimsə vasitəçi olmaq istəyirsə, buna etiraz yoxdur. Lakin, vasitəçinin fəaliyyəti hüquqi müstəviyə salınmayacaq. Sülh müqaviləsi ilə bağlı beynəlxalq qarantorlara müraciətə gəldikdə isə bu məsələyə neytral baxa bilərik. Lakin qarant dövlətlərin sülh prosesində hüquqi sənəddə göstərilmələri hazırda bölgədə ancaq Türkiyə ilə müəyyən məsələlərdə dialoqda olan və digər aktorı qəbul etməyən Rusiya üçün qəbuledilməzdir. Mövcud təkliflər regionda qlobal güclər arasında qarşıdurmanı legitimləşdirə bilər. Beləcə, Ermənistan ABŞ-da cığallıq nümayiş etdirdi və “yol xəritəsi”ni qəbul etməkdən qaçdı”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR