Qəbələdə ağır yol qəzası: 2 nəfər öldü, 1 nəfər yaralandı

Qəbələdə ağır yol qəzası: 2 nəfər öldü, 1 nəfər yaralandı

Qəbələdə avtomobil ağaca çırpılıb, 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

 

Sfera.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan "Tofaş" markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR