Dövlət Xidməti gəmi dayanacağı bazasının fəaliyyətini dayandırdı - VİDEO

Dövlət Xidməti gəmi dayanacağı bazasının fəaliyyətini dayandırdı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində kiçikhəcmli gəmi və su nəqliyyat vasitələrinin dayanacağı üçün bazaların təhlükəsiz istismarının təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

 

Sfera.az FHN-in saytına istinadən xəbər verir ki, bu çərçivədə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir şəhəri, Nigar Rəfibəyli küçəsində yerləşən Sahil parkında – Kür çayının sahilində inşa edilmiş kiçikhəcmli gəmilərin dayanacağı üçün bazaya baxış zamanı çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

 

- dayanacaq bazasının istismarı Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə razılaşdırılmayıb;

 

- avarların, asma mühərriklərin, yelkənlərin və digər avadanlıq və qurğuların saxlanma anbarı mövcud deyil;

 

- texniki sənədlər, sahil və üzən qurğuların texniki vəziyyəti, xilasetmə avadanlığı, buraxılış rejiminin təşkili, kiçikhəcmli gəmilərin təhlükəsiz dayanması üçün təchizat, yanğından mühafizə avadanlığı, bazada qeydiyyatdan keçməmiş gəmilərin dayanması və dayanan gəmilərin sayının yanalma normalarına uyğunluğu təmin edilməyib.

 

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, bazanın istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək bədbəxt hadisə faciəni qaçılmaz edəcək.

 

Qeyd olunanları nəzərə alaraq, Xidmət tərəfindən müvafiq təhlükəsizlik və mühafizə norma və qaydalarına dair tələblərin kobud pozulması faktları aşkar edilmiş Mingəçevir şəhəri, Nigar Rəfibəyli küçəsində yerləşən kiçikhəcmli gəmilərin dayanacağı üçün bazanın fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


OXŞAR XƏBƏRLƏR

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...