Sinqapurda azərbaycanlıların yaratdığı startap böyük layihədə tərəfdaş seçilib

Sinqapurda azərbaycanlıların yaratdığı startap böyük layihədə tərəfdaş seçilib

Azərbaycanlılar tərəfindən yaradılan dəniz texnologiyaları startapı MagicPort - www.magicport.ai, 11 digər aparıcı gəmiçilik və texnologiya şirkətləri ilə birlikdə Sinqapurda yaradılan dənizkənarı ekosistemin dayanıqlılığını artırmaq üçün qurulan təşəbbüsə yeni tərəfdaş kimi seçilib.

 

11 yeni üzvün təşəbbüsə qoşulması keçən həftə baş verən Sinqapur Dəniz Həftəsində rəsmiləşib. Sinqapur Maliyyə və Nəqliyyat Naziri Çi Honq Tat imza mərasimində iştirak edib.

 

Təşəbbüsə Kuok Maritime qrupu rəhbərlik edib. Qrup PaxOcean, PCL və POSH kimi böyük gəmiçilik şirkətlərini əhatə edir. Təşəbbüs, gəmilərin elektrikləşdirməsi və loqistika əməliyyatlarının optimallaşdırılması vasitəsilə dekarbonizasiyanı sürətləndirməyi hədəfləyir; bu məqsədlə oxşar düşüncəli sənaye oyunçularını birləşdirir. Təşəbbüsün digər tərəfdaşları arasında Jurong Port, Ken Energy, Columbia Ship Management, RMS, ST Engineering və M1 kimi önəmli şirkətlər daxildir.

 

Təşəbbüs Sinqapur sahili boyunca Malakka Boğazından keçən çox sayda böyük gəmilərə xidmət edən kiçik gəmilər, qayıqlar və əlaqəli infrastrukturun elektrikləşdirilməsini hədəfləyir. Bu təşəbbüs çərçivəsində sifariş verilən sıfır emissiyalı elektrik gəmiləri dünya miqyasında indiyə qədər sifariş edilən ilk və ən böyük elektrik gəmilərindən olacaq.

 

MagicPort, digər iştirakçılarla birlikdə çalışaraq, müxtəlif loqistika oyunçularını birləşdirən və planlaşdırma və cədvəlləşdirmə həlləri ilə əməliyyat optimallaşdırmasına imkan yaradan digital əməkdaşlıq platforması qurur. Bu cür digital platform sayəsində əldə olunan optimizasiya daha böyük elektrik gəmilərinin iqtisadi səmərəli istifadəsinə imkan verəcək. Bu cür digital həllər Sinqapur sularındakı dəniz nəqliyyatındakı tıxacı 20% azalda bilər.

 

Təsisçi və CEO Əli Qara bildirib ki, liman ekosistemində bütün iştirakçılar üçün görünurlüyü artıran və əməliyyatları təkmilləşdirməyi hədəfləyən bir əməkdaşlıq platforması yaradılır: "Sinqapurda sahil ekosistemini elektronlaşdırmaq və karbonsuz hala gətirmək üçün bu böyük təşəbbüsdə eyni fikirli böyük oyunçularla tərəfdaşlıqdan həyəcan duyuruq. Ümid edirik ki, bunu gələcəkdə nümunəvi bir layihə kimi, öz ölkəmiz Azərbaycanda və Türkiyədə, xüsusilə də çox gəminin keçdiyi Istanbul Boğazında da təkrarlaya bilərik”

 

MagicPort, ağıllı və dayanıqlı dəniz nəqliyyatı üçün dəniz əməliyyatları iştirakçılarını bir digital platformada birləşdirməyi hədəfləyir. Bu platformda, gəmi sahibləri və idarəçiləri, təchizatçılar, agentlər və dənizçilər, ehtiyac duyduqları məlumatları taparaq, bir-biri ilə birləşmiş və ağıllı proqramlar vasitəsi ilə çalışa bilərlər. Məqsəd hal-hazırda gəmi əməliyyatlarında baş verən böyük vaxt və resursların isrəfini aradan qaldırmaqdır. MagicPort, qlobal vençur kapital fondları və xarici gəmiçilik şirkətləri tərəfindən dəstəklənib, komanda üzvləri Azərbaycan, Türkiyə, Sinqapur, Böyük Britaniya və BƏƏ-də yerləşir.

 

MagicPort, 2021-ci ildə Əli Qara və Tural Əliyev tərəfindən təsis edilib. Əli, Stanford Universitetinin məzunudur və əvvəllər BP, Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasında çalışıb. Tural isə Oksford Universitetinin məzunudur, MagicPort-a qoşulmadan əvvəl SOCAR və Kaspi Təhsil Şirkətində çalışdıqdan sonra öz şirkətini qurub.


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...