“Danışıqlar Rusiyasız həyata keçirilir” – Mariya Zaxarova

“Danışıqlar Rusiyasız həyata keçirilir” – Mariya Zaxarova

Rəsmi Moskva Ermənistan, Azərbaycan və Rusiya Federasiyası liderlərinin imzaladığı üçtərəfli bəyanatların həyata keçirilməsinə sadiqdir.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün həftəlik brifinqdə Azərbaycan-Ermənistan münaqişəsinin həlli prosesində son günlər baş verən hadisələri şərh edərkən bildirib.

 

Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Moskva görüşünün perspektivlərinə gəlincə, Zaxarova bu barədə əvvəllər də danışdığını xatırladıb:“İrəvan və Bakı hazır olduqlarını təsdiqləyiblər. Tarixlər daha sonra açıqlanacaq”.

 

Zaxarova Vaşinqtonda davam edən Azərbaycan-Ermənistan danışıqlarına da toxunub:

 

“Danışıqlar Rusiyasız həyata keçirilir və siz prosesləri bizdən yox, onlardan soruşun. Ola bilsin ki, bu, sonda bizdə müəyyən təəssürat yaradar və bu, bizə şərh vermək hüququ verər”, - Zaxarova bildirib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR