Çavuşoğludan Türkiyə, Rusiya, Suriya və İranın XİN başçılarının görüşü ilə bağlı AÇIQLAMA

Çavuşoğludan Türkiyə, Rusiya, Suriya və İranın XİN başçılarının görüşü ilə bağlı AÇIQLAMA

Türkiyə, Rusiya, Suriya və İranın yüksək səviyyəli diplomatları Suriya məsələsini müzakirə etmək üçün mayın 10-da Moskvada görüşə bilərlər.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

"Biz artıq görüşlə bağlı Rusiya tərəfdən dəvət almışıq. Bu günə olan məlumata görə, görüşün mayın 10-da xarici işlər nazirləri səviyyəsində keçiriləcəyini bilirik. Görüş yeri Moskvadır", - o deyib. 

 

Çavuşoğlu xatırladıb ki, daha əvvəl müdafiə və kəşfiyyat rəisləri səviyyəsində texniki görüşlər baş tutub.

 

"Biz Suriyada təhlükəsizliyin gücləndirilməsi, həmçinin həmin ölkədə terrorla mübarizə məsələsini ətraflı müzakirə edirik. Bununla bağlı Rusiyadan tarixi təkliflər olub", - nazir qeyd edib.

Türkiyənin baş diplomatı onu da bildirib ki, görüşdə İran xarici işlər nazirinin iştirakı məsələsi hələ də həllini tapmayıb. Buna səbəb İran Prezidenti İbrahim Rəisinin Afrika turnesinə başlaması və iclasda İranı kimin təmsil edəcəyinin bəlli olmamasıdır.

 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR