Zelenski əks-hücum planının detallarını Qərbdən gizlədir - SƏBƏB

Zelenski əks-hücum planının detallarını Qərbdən gizlədir - SƏBƏB

“Zelenski əks-hücum planının təfərrüatlarını Qərbdən gizlədir”.

 

Sfera.az bildirir ki, bu barədə “Politico” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, buna səbəb Pentaqonun son sızdırılan məxfi sənədləri olub.

 

“Kiyev hakimiyyəti partnyorlarına planlaşdırılan hücumun tarixini, Ukrayna Silahlı Qüvvələrinin neçə hərbi birləşməyə malik olduğunu, hansı silahlardan və marşrutlardan istifadə etmək niyyətində olduqlarını demir. Beləliklə, o, məlumat sızmasının qarşısını almağa və hərbi əməliyyatı təhlükəyə atmamağa çalışır”, - materialda deyilib.

 

Amerikalı analitiklərin fikrincə, artıq Kiyevin Qərbə etibar etməklə bağlı tərəddüdləri var. Onların fikrincə, sızdırılan sənədlər Kiyevin planlarına mənfi təsir göstərib. 

 

ABŞ prezidenti Co Bayden administrasiyasındakı bəzi şəxslər isə Ukraynanın hərbi planlarını heç vaxt Vaşinqtona tam şəkildə açıqlamadığını vurğulayıb. “Politico”nun mənbəsi qeyd edib ki, Ukrayna hakimiyyəti əvvəldən məlumatlarla bağlı “xəsislik edib”. Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, Ukraynadan ABŞ-ni əvvəlcədən nə isə barədə xəbərdar etmək tələb olunmur. Bununla belə, o vurğulayıb ki, ölkələr hələ də sıx əlaqələr saxlayır.

 

Xatırladaq ki, aprelin əvvəllərində Pentaqonun iki böyük məxfi sənədi sosial mediaya sızdırılıb. Söhbət Kiyevin döyüş qabiliyyəti, NATO-ya dəstək və Ukrayna ordusunun zəifliyi ilə bağlı 100-ə yaxın sənəddən gedir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR