7 yaşlı uşağın ölümündə şübhəli bilinən Mehman Xəlilovu HANSI CƏZA gözləyir?

7 yaşlı uşağın ölümündə şübhəli bilinən Mehman Xəlilovu HANSI CƏZA gözləyir?

Xəbər verdiyimiz kimi Sumqayıtda tanınmış idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.

 

Sözügedən şəxsi qanunla hansı cəza gözləyir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən söz açıb:

 

“Buna əsasən, qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma— üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

 

Müsahibimiz qeyd edib ki, videogörüntüyə baxdıqda 7 yaşlı Fərid Bakarovun səhhətində problem olduğu, özünü halsız hiss etdiyi görünür:

 

“Buna baxmayaraq, 1994-cü il təvəllüdlü məşqçi Mehman Xəlilov Fərid Bakarova həddindən artıq aqressiv davranaraq onun saçından tutub ayaq üstə qalmağa məcbur edir, eyni zamanda ona fiziki zor tətbiq etdiyi də müəyyən olunur. Bəzən məşqçi müəllimlər tələbələrinə qarşı kobud davranmaqla onları yarışa daha yaxşı kökləyir. Amma hazırki halda hesab edirəm ki, halsız və səhhəti pisləşən tələbəyə qarşı bu cür aşkar zor tətbiqi yolverilməzdir. Bu səbəbdən Mehman Xəlilovun iş üzrə şübhəli şəxs qismində saxlanılmasını qanuna müvafiq hesab edirəm. Lakin onun əməlində cinayət tərkibinin olub-olmamasına, təqsirli olub-olmamasına hüquq mühafizə orqanlarının araşdırmasının sonunda məhkəmə tərəfindən qərar verəcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...