Sülh üçün Amerika yolu... - Maykl Doran Qarabağ münaqişəsi haqda

Sülh üçün Amerika yolu... - Maykl Doran Qarabağ münaqişəsi haqda

“ABŞ başa düşüb ki, Vaşinqton Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasında və sülh müqaviləsində daha fəal iştirak etməsə, Rusiya və İran nəticə əldə etmək üçün həmişə maneə olacaq”.

 

Sfera.az xəbər verir ki, bu barədə ABŞ Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran "The Wall Street Journal"ı üçün yazdığı məqalədə bildirib.

 

Müəllif xatırladıb ki, ABŞ-dən başqa, vasitəçi rolunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də öz üzərinə götürüb. Onun fikrincə, məsələnin yekun həlli və sülhün əldə olunması Dağlıq Qarabağda yerləşdirilən Rusiya qüvvələrinə ehtiyacı aradan qaldıracaq.

 

Məqalə müəllifinin fikrincə, Ermənistan Rusiyadan, xüsusən də hərbi sahədə çox asılıdır, Azərbaycan isə Moskvanın nəzarətindən qurtula bilib.

 

“Azərbaycan ölkənin neft və qaz tədarük etdiyi Avropa ilə güclü iqtisadi əlaqələri gücləndirməklə yanaşı, Türkiyə və İsraillə də güclü müdafiə əlaqələri inkişaf etdirib. Azərbaycanın Türkiyə və İsraillə üçtərəfli əməkdaşlığı Tehranı xüsusilə qorxudur, həm də İran azərbaycanlılarının dəstəyinə görə Tehran ehtiyat edir. Ona görə də Tehran Moskva və İrəvanla sülh danışıqlarını pozmaq üçün işləyir", - Doran deyib.

 

Onun iddiasına görə, ABŞ dövlət katibi Blinken indi başa düşür ki, sülh üçün Amerika yolu yeganə yoldur.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR