Qərblə münasibətlər GƏRGİNLƏŞİR: Hindistan Putinin əlində..

Qərblə münasibətlər GƏRGİNLƏŞİR: Hindistan Putinin əlində..

“Hindistan Putinin təsiri altına düşür”.

 

Sfera.az bildirir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

 

Məqalədə Hindistanın hazırda BMT-nin son rəqəmlərinə görə, Çini geridə qoyduğu, əhalinin sayına görə dünyanın ən böyük ölkəsi olduğu vurğulanıb:

 

“Bura həm də dünyada Rusiya xam neftinin ən böyük alıcısıdır və ordusu əsasən Rusiya silahları ilə təchiz olunub. Qərb isə ənənəvi olaraq Hindistanı dost kimi görsə də, lakin əməldə bu ölkə Vaşinqton və ya Londonun istəklərindən çox Vladimir Putinin nə istədiyinə diqqət yetirir. Hindistan Almaniya və ondan əvvəlki digər Avropa ölkələri kimi başa düşəcək ki, kritik enerji təchizatında Putindən asılı olmaq Rusiyanın nəzarətinə girməkdir. Görünür, Hindistanın Baş naziri Narendra Modi ölkəsinin artan tələbatını ödəmək üçün ucuz xam neft əldə etmək fürsətindən istifadə etdiyinə inanır. Məsələn, mart ayında Hindistanın yanacaq tələbatı illik müqayisədə 5 faiz artaraq sutkada 4,83 milyon barelə (bpd) çatıb”.

 

"Hindistan iqtisadiyyatı sürətlə böyüyür və 2025-ci ilə qədər onun dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcəyi gözlənilir. 2031-ci ilə qədər 10 trilyon dollarlıq ÜDM həddinə çatacaq. Belə bir iqtisadiyyatın böyük miqdarda enerjiyə ehtiyacı var və Hindistan idxaldan çox asılıdır", deyə mütəxəssis Karan Mehrişi “Telegraph”a deyib.

 

“Primary Vision” şirkətinin enerji analitiki Osama Rizvi Rusiya və Hindistan arasındakı münasibətləri “mənafeyi olan evlilik” kimi qiymətləndirib:

 

“Bu ölkələr bir-birindən asılıdırlar: neftinin 85 faizindən çoxunu idxal edən Hindistan və gəlirinin təxminən 50 faizini neft və qazdan əldə edilən gəlirlərdən asılı olan Rusiya..”.

 

Nəşr həmçinin qeyd edib ki, Hindistan kimi sanksiya tətbiq etməyən ölkələr Rusiyanın iflasa uğramasının qarşısını alıb və onun xam neft ixracatını dəstəkləyiblər:

 

“Hindistanın Rusiya ilə yaxın əlaqələri ötən ilin fevralında Ukraynada müharibə başlayandan bəri aydın gözə çarpsa da, iki ölkə arasındakı münasibətlərin keçmiş tarixi var. Onlar arasında qarşılıqlı münasibət 18-ci əsrdə Çar Pavelin hakimiyyəti dövründən bəri mövcud idi. İngiltərədən müstəqillik əldə etdikdən sonra Nehrunun 1955-ci ildə Sovet İttifaqına səfərindən başlayaraq Hindistan Rusiya ilə yenidən möhkəm diplomatik əlaqələr qurdu. 1960-cı illərdən bəri Sovet İttifaqı Hindistan ordusunu qabaqcıl silahlarla təmin etdi. Bu ölkə faktiki olaraq Sovetlərə, sonra isə Rusiyaya Qərbə qarşı potensial müttəfiq kimi baxırdı”.

 

“The Telegraph”ın məlumatına görə, Hindistana uzun müddətdir davam edən silah tədarükü hələ də davam edir: “Yeni Dehli Moskvaya 10 milyard dollardan çox hərbi texnika və silah sifarişləri verib. Baş nazir Narendra Modi heç vaxt Rusiyanın Ukraynaya təcavüzünü pisləməyib. Digər tərəfdən, Hindistan və Rusiya arasındakı münasibətlər iki ölkə ilə azad ticarət sazişinin yaradılması üzrə qabaqcıl danışıqlardan sonra güclənəcək - bu, Qərblə gərginliyi daha da artıracaq”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...