Meyvə və tərəvəzləri sirkəli suda yumayın, çünki... – Mütəxəssisdən zəhərlənməyə qarşı MÜHÜM TÖVSİYƏLƏR

Meyvə və tərəvəzləri sirkəli suda yumayın, çünki... – Mütəxəssisdən zəhərlənməyə qarşı MÜHÜM TÖVSİYƏLƏR

Qışa nisbətən yaz-yay mövsümündə mütəmadi olaraq zəhərlənmə ilə bağlı hadisələrin şahidi oluruq. Dərman və gübrələrdən istifadə etməklə tez yetişdirilərək bazara çıxarılan xiyar, pomidor, çiyələk və s. kimi meyvə və tərəvəz məhsullarından zəhərlənmə ehtimalı böyük olur. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, meyvələr mövsümündə yeyilməlidir:

 

“Meyvə yaxşı yuyulmalıdır, ancaq sirkədə yumaq qəti qadağandır. Çünki indiki meyvələrə yabanı otlar, böcəklərdən qorumaq və.s üçün xüsusi nəzərdə tutulmuş pestisidlər vurulur və bunlar turşu olduğu üçün sirkə turşusu ilə reaksiyaya girir. Nəticədə kimyəvi zəhərlənmə qaçılmaz olur. Meyvə və tərəvəzlərin düzgün yuyulması üçün isə çay sodasından istifadə etmək lazımdır. Belə ki, heç bir turşu ilə reaksiyaya girməyən çay sodasından bir xörək qaşığı 10 litr suya əlavə edirik,  meyvələri bu suda 10 dəqiqə saxladıqdan sonra axar su altında durulayıb yeyirik”.

 

Müsahibimiz qeyd edib ki, xarab olan meyvənin zəhərləmə riski də qaçılmazdır:

 

“Yaxşı olar ki, meyvələri yumadan soyuducuda, öz cinsinə uyğun rəfdə mühafizə edək və yeyərkən yuyaq. Əgər meyvə və tərəvəzlər həddindən artıq çirklidirsə, yuduqdan sonra yaxşı qurulanıb soyuducuda mühafizə olunmalıdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...