Fransada 30 ilin ən böyük 1 May etirazları keçirildi - YARALANANLAR VAR

Fransada 30 ilin ən böyük 1 May etirazları keçirildi - YARALANANLAR VAR

Fransada son illərin ən böyük 1 May Əmək Günü yürüşləri zorakı hadisələrlə müşahidə olunub. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, etirazçılar Fransa Prezidenti Emmanuel Makrona qəzəblərini ifadə edərək aqressiv davranıblar. Molotov kokteyli ilə silahlanan etirazçıların bu cür davranışına qarşı polis gözyaşardıcı qazdan və rezin gülələrdən istifadə edib.


Kütləvi aksilarda bir etirazçının əlini itirdiyi, bir polis zabitinin isə molotof kokteyli ilə vurulduqdan sonra ciddi yanıq xəsarətləri aldığı bildirilir. 


Etirazların yenidən alovlanmasının səbəbi sadəcə 1 Mayla bağlı olmayıb. Aksiyaların güclənməsinə və aqressivliyin artmasına səbəb Fransada həyata keçirilən pensiya islahatı olub. 


Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Fransanın hər yerində təxminən 782 000 nəfər Fransa prezidentinin pensiya islahatına qarşı qəzəbini ifadə edib. Rəsmi məlumatlarda yalnız Parisdə 112 000 nəfərin etirazlara qoşulduğu təxmin olunur.


Həmkarlar ittifaqlarının məlumatında isə daha çox insanın etiraz aksiyalarına qoşulduğu bildirilir. Həmin məlumatlara əsasən, Parisdə 550 000 insan, bütün ölkə boyu 2,3 milyon insan etiraz aksiyalarında iştirak edib. 


Etiraz aksiyalarında bu qədər insanın iştirak etməsində həmkarlar təşkilatları arasında razılaşmaların böyük rolu olub. 2009-cu ildən bəri ilk dəfə olaraq həmkarlar ittifaqları 1 May Əmək Günü üçün bir araya gəliblər. 


Xatırladaq ki, Fransa hökuməti pensiya yaşını 62-dən 64-ə qaldırıb. 


Toqquşmaların ən pisi “Place de la Nation”da olub, burada etirazçılar “Velib” velosiped kirayəsi stansiyasını yandırıblar. Ölkədə ən azı 291, yalnız Parisdə 60-dan çox etirazçı həbs edilib. Məlumatlara görə, 108 polis və onlarla etirazçı yaralanıb, bəzilərinin vəziyyəti ağırdır. 


Polis ilk dəfə olaraq Fransanın paytaxtında və Bordoda problemli yerləri müəyyən etmək üçün dronları yerləşdirib. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...