"Hüququ olsa, Azərbaycan xalqı Türkiyədəki prezident seçkilərində Ərdoğanı dəstəkləyər" - Elman Nəsirov

"Əgər Azərbaycan xalqının hüququ olsaydı, Türkiyədə prezident seçkilərində mütləq əksəriyyət Rəcəb Tayyib Ərdoğanı dəstəkləyərdi".


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elman Nəsirov deyib.

 

Deputat Azərbaycan-Türkiyə münasibətlərindən danışıb:

 

"Heç kimə sirr deyil ki, bu gün dünyada dövlətlər arasında etimadsızlıq formalaşıb. Azərbaycan-Türkiyə münasibətləri isə bunun əksinə nümunədir. Aprelin 29-da Türkiyədə "Tekonfest"də Prezident İlham Əliyevin iştirakı göstərir ki, Azərbaycan Türkiyə münasibətləri özünün ən pik nöqtəsindədir. Biz indiki səviyyəyə heç zaman çatmamışıq. Dövlətlərimiz dost, qardaşdır. Ulu Öndərin "bir millət iki dövlət" anlayışına Prezident İlham Əliyevin "bir yumruq" anlayışını da əlavə etməsi bizi sevən ölkələrə də çağırışdır ki, bir yumruq kimi birləşmək lazımdır. Qəhrəmanmaraş şəhərinin yenidən qurulmasında prezidentin səsləndirdiyi fikirlər türk dünyasında müsbət qarşılanıb".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...