“İran həbs etdiyi iki təxribatçını Azərbaycana təhvil verməlidir” – DEPUTAT

“İran həbs etdiyi iki təxribatçını Azərbaycana təhvil verməlidir” – DEPUTAT

"Məscidlərimizdə “Kərimə dövləti” qurmaq istəyən, bu yöndə təbliğat aparan din xadimləri tutduqları vəzifələrdən uzaqlaşıdırılmalıdır".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov deyib. Millət vəkili son dönəmlər İranın Azərbaycana münasibətinin yumşaldığını da vurğulayıb:

 

"Son dövrlər İran sərt açıqlamalar, bəyanatlar vermir. Bütün bunlar onu göstərir ki, biz mehriban qonşuluq münasibətlərini qorumalıyıq. İranda bizim gəncləri dövlətçilik əleyhinə təşkilatlanmağa çağıran iki təxribatçının həbsi ilə bağlı məlumatlar yayılır. Hesab edirəm ki, İran hər iki şəxsi Azərbaycana təhvil verməlidir. Onlar sonradan azad edilərlərsə, yenidən təxribatçı fəaliyyətlərini davam etdirəcəklər. Son günlər hüquq mühafizə orqanları bu kimi şəxslərin aşkar olunması üçün çalışırlar, lakin bu cərəyana qoşunların sayı 10 minlərlədir. Əgər bu istiqamətdə tədbirlər həyata keçirilməsə, biz zaman-zaman yeni problemlərlə üzləşəcəyik".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...