Əhalinin borcları 15 milyard manata çatır – RƏQƏMLƏR

Əhalinin borcları 15 milyard manata çatır – RƏQƏMLƏR

Azərbaycanda əhalinin götürdüyü borcların ümumi dəyəri 2023-cü ilin birinci rübünün sonunda 15 milyard manata yaxınlaşıb.

 

Sfera.az xəbər verir ki, əhalinin borcları 3 formadadır. Bunlar istehlak kredirləri, ipoteka kreditləri, malların və xidmətlərin alqı-satqısı zamanı əmələ gələn öhdəliklərdir.

 

Əhalinin istehlak xərclərini ödəmək üçün banklar qarşısında borcu 5,942 milyard manatı ötüb. Rəsmi məlumatlara əsasən bir il əvvəl istehlak kreditlərinə görə yaranan borc 4,831 milyard manat idi. Ötən bir il ərzində bu növ kredit borcları 1,11 milyard manat (18,7 faiz) artıb.

 

Əhalinin borclarının digər hissəsini ipoteka kreditləri formalaşdırır. İpoteka kreditləri üzrə borclar 3,125 milyard manata çatıb. Bir il əvvəl ipoteka kreditləri üzrə borc yükü 2,515 milyard manat təşkil edirdi. Qısa müddətdə bu növ borclar 610 milyon manat artıb.

 

Əhalinin borclarının digər hissəsini mal və xidmətlərin əldə edilməsinə görə yaranan öhdəliklər formalaşdırır. Azərbaycanda çoxlu sayda ixtisaslaşmış mağaza və xidmət müəssisəsi var ki, onlar mal və xidmətləri dəyərini hissə-hissə (taksit) ödəməklə satır. Bu tip müəssisələrin aldığı kreditlər də dolayısı ilə sonradan əhalinin borclanmasına yönəldilir. Buna görə də ticarət və xidmət sektoru üzrə verilən kreditlərin də çox hissəsi sonradan əhalinin borclanmasına səbəb olur. Ticarət və xidmət sektoru üzrə kredit borcu 3,28 milyard manatdır. Son bir ildə 210 milyon manatdan çox artıb.

 

Əhalinin borclarının daha bir hissəsini isə biznes kreditləri formalaşdırır. Biznes kreditlərinin həcmi 2,29 milyard manatdır. Ümumilikdə əhalinin sadalanan istiqamətlər üzrə borcları 14,5 milyard manatı ötür.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...