Polşa ilə Rusiya arasında GƏRGİNLİK: Rus diplomatların övladları məktəbdən belə qovuldu - FOTO/VİDEO

Polşa ilə Rusiya arasında GƏRGİNLİK: Rus diplomatların övladları məktəbdən belə qovuldu - FOTO/VİDEO

Ötən gün səhər saatlarında Varşava hakimiyyəti polislərin müşayiəti ilə Rusiya səfirliyindəki məktəbin qapısını sındıraraq binaya daxil olub. 

 

Sfera.az bildirir ki, Rusiya səfirliyinin nümayəndələrinin sözlərinə görə, rus diplomatların övladlarının təhsil aldığı məktəbin əmlakının inventarlaşdırılmasına başlanılıb.

 

Təhsil müəssisəsinin əməkdaşları axşam saat yeddiyə qədər zəbt olunmuş binanı tərk etməli olublar.

 

 

 

Xatırladırıq ki, hələ mart ayında Polşa Varşavada Rusiya daşınmaz əmlakına həbs qoyulması prosesinə başlayıb. Bu proses çərçivəsində Rusiyanın Polşadakı səfirliyindəki məktəb binasının da alınması nəzərdə tutulub.

 

Varşava meri Rafal Trzaskovski öz Twitter hesabında qeyd edib ki, Rusiyanın Varşavadakı səfirliyindəki məktəb binası şəhərin mülkiyyətinə keçib və artıq bütün işçilər oradan çıxarılıb.


Sosial şəbəkələrdə isə övladları üçün nəzərdə tutulmuş məktəbdən qovulan rus diplomatların paltaryuyan maşın və qarmonu necə daşıdıqlarını əks etdirən video gündəm olub.


Mətbuatın verdiyi xəbərə görə, ruslar məktəb binasından çıxarkən məşhur sovet musiqi kompozisiyasını da işə salıblar ki, bu da evdən çıxarılma prosesini izləyən Polşa polisinin çaşqınlığına səbəb olub.

 

Xatırladaq ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ingilisdilli “Twitter” hesabında rusların Varşavadakı məktəbdən çıxarılmasına reaksiya olaraq “Bu ölkədə rusofoblar iqtidarda olduğu müddətcə Polşa ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin heç bir mənası yoxdur” yazıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...