Oqtayın SON ARZUSU: "Gördüm gözündən yaş axır" - Dilarə ilk dəfə AÇIQLADI

Oqtayın SON ARZUSU:

Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı, “Soy” prodakşının rəhbəri Oqtay Əliyevin vəfatından sonra ilk dəfə efirə çıxıb.


Sfera.az xəbər verir ki, aktrisa aparıcısı olduğu “Söhbət var” verilişində mərhum həyat yoldaşı barədə danışıb. O, Oqtay Əliyevin ən böyük arzusunu dilə gətirib:

 

“Oqtayın ən böyük arzusu İrəvana getmək idi. Ömür vəfa etsəydi, heç olmasa, bir dəfə qismətinə yazılsaydı, İrəvana gedib məhəllələrinə baş çəksəydi. Bu onun üçün ən böyük xoşbəxtlik olardı. İnsan nə qədər yurd həsrəti ilə yaşaya bilər?.. Oqtayda o böyük yurd həsrəti var idi.


Ortay heç vaxt ağlamazdı. Çox möhkəm insan idi. Ömründə bir dəfə onun ağladığını gördüm. İrəvandakı məhəllələrinin videosunu çəkib göstərdiklərində Oqtay əlini başına tutmuşdu, gözündən yaş axırdı”./yenicag.az/


OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...