“Sel və yağış sularının toplanması suvarma problemini həll edə bilər” - AÇIQLAMA

“Sel və yağış sularının toplanması suvarma problemini həll edə bilər” - AÇIQLAMA

Ötən gün Goranboy, Zaqatala və Lənkərana dolu düşüb. Eyni zamanda Goranboyda sel qeydə alınıb.

 

Maraqlıdır, bu cür təbiət hadisələri hazırkı mövsümdə kənd təsərrüfatına necə təsir edəcək?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov sel və dolunun məhsuldarlığa müəyyən dərəcədə təsir edə biləcəyini deyib:

 

“Demək olar ki, hər il bu mövsümdə belə hallar baş verir. Dağ rayonları, hətta Aran rayonlarında da son zamanlar qlobal istiləşmə, dolu düşməsi nəticəsində bir sıra təsərrüfatlar zərər görür. Taxıl, kartof yetişdirən insanların təsərrüfatına bu hava şəraiti mənfi təsir edir. Bu isə öz növbəsində cüzi də olsa, bəzi məhsulların istehsalında azalmaya gətirib çıxarır, lakin bu, bazara təsir edəcək gücdə deyil. Bu təbiət hadisəsinin müsbət təsiri də var. Yəni intensiv yağışın yağması, dolunun düşməsi imkan verir ki, yağan yağışların suyu toplansın”.

 

Ekspert seldən yararlanmağın su problemini aradan qaldıra biləcəyini deyib:

 

“Selin qarşısında göl yaradılsaydı, yığılan sudan istifadə edilərdi. Ölkədə su çatışmazlığı var. Bu çatışmazlığın aradan qaldırılmasının yolu isə yağış yağan günlərdə həmin suların yığılması və o sudan istifadə edilməsidir. Həmin sular dağ ətəyində yığılsa, o sudan içməli su kimi də istifadə edilə bilər. Aran bölgəsində həmin suların yığılıb məişətdə istifadə edilməsi uyğundur. Ölkədə su ilə bağlı problem daha ciddidir, nəinki bu cür təbiət hadisələrində təsərrüfata dəyən ziyan. Əgər bu sulardan istifadə olunsa, yay fəslində su çatışmazlığımız olmazdı. Hazırda yağış sularından və transsərhəd çaylardan gələn sulardan asılı vəziyyətdəyik”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...