Birbank sahibləri aprel ayında nə qədər keşbek əldə ediblər?

Birbank sahibləri aprel ayında nə qədər keşbek əldə ediblər?

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını təklif edir.

 

Sfera.az xəbər verir ki, Birbank-lılar bu kart vasitəsilə etdikləri əməliyyatlara görə müxtəlif bonuslar əldə edirlər. Aktiv Birbank Cashback kartı istifadəçiləri aprel ayında bonuslardan ortalama 46 manat pul qazanıblar. 

 

Aprel ayı ərzində Birbank-lılar ümumilikdə 5,1 milyon manat keşbek əldə ediblər. Bu məbləğin təxminən 300 000 manatı Birbank vasitəsilə kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlər etdikdə qazanılan 1% keşbeklərin payına düşür. Birbank-ın partnyor mağazalarında edilən alış-verişlərdən qazanılan keşbek məbləği 270 000 manatdır. Müştərilər qazandıqları keşbekin 93%-ni öz ehtiyaclarına istifadə ediblər. Xərclədikləri vəsaitin bir hissəsini keşbek qismində geri almaqla yanaşı, Birbank Cashback debet kart sahibləri ƏDV-ni ikiqat qaytara bilirlər. Ötən ay bu kartlar vasitəsilə edilən ödənişlərdən qaytarılan ƏDV-nin ümumi həcmi 20% artaraq, təqribən 2,5 milyon manat təşkil edib. 

 

Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. 

 

Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles debet kartları ilə də ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Birbank Umico debet kartları ilə isə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır. 

 

Birbank taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.

 

Birbank kartı haqqında ətraflı məlumat üçün //birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.


OXŞAR XƏBƏRLƏR

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...