Türkiyə kəşfiyyatı İŞİD liderini MƏHV ETDİ

Türkiyə kəşfiyyatı İŞİD liderini MƏHV ETDİ

“Türkiyə kəşfiyyatı Suriyada İŞİD liderini məhv edib”.

 

Sfera.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Türkiyə Milli Kəşfiyyat Təşkilatının Əbu Hüseyn əl-Qureyşi kimi tanınan şəxsi uzun müddətdir, izlədiyini bildirib: 

 

“Bu şəxs ötən gün MİT (Türkiyə Milli Kəşfiyyat Təşkilatı) tərəfindən Suriyada həyata keçirilən əməliyyatda zərərsizləşdirilib”.

 

Türkiyə lideri bundan sonra da terror təşkilatlarına qarşı ayrı-seçkilik etmədən mübarizənin davam etdiriləcəyini vurğulayıb: “Türkiyənin terrorla mübarizəsi Avropanın təhlükəsizliyinə töhfə verir. Amma onların bundan xəbəri yoxdur və ya xəbərdar olmaq istəmirlər. Terror təşkilatlarına qarşı ən təsirli şəkildə mübarizə aparan yeganə ölkə bizik. PKK-nın ən böyük terrorçuları zərərsizləşdirilib”.

 

Qeyd edək ki, Əl-Qureyşi ötən ilin oktyabrında Suriyada Azad Suriya Ordusu tərəfindən öldürülən sələfi Əbu əl-Həsən əl-Həşmi əl-Qureyşinin ölümündən sonra İŞİD lideri seçilib. Əl-Qureyşi  haqqında çox az şey məlum idi, lakin təyin olunduğu vaxt İŞİD onu “köhnə döyüşçü” kimi təsvir edib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...