Daşkəsəndə yeniyetmə intihar etdi

Kriminal
23:29 / 30.04.2023
12772
Daşkəsəndə 17 yaşlı yeniyetmə intihar edib.
"Qafqazinfo"nun sorğusuna cavab olaraq Prokurorluqdan bildirilib ki, hadisə rayonun Astaf kəndində baş verib.
Belə ki, aprelin 30-da saat 22 radələrində kənd sakini 2006-cı il təvəllüdlü Mustafa Quliyevin (ad və soyad şərtidir) yaşadığı evin həyətində ov silahı ilə özünə atəş açaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.