Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olan şəxs bu məşhur idmançı İMİŞ

Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olan şəxs bu məşhur idmançı İMİŞ

Dünən Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət səbəbindən vəfat edib.

 

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçiriyi cüdo-sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.


Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Qeyd edək ki, Mehman Xəlilov 2019-cu ildə Minskdə keçiriln İkinci Avropa Oyunlarında sambo idman növü üzrə bürünc medal qazanıb. O, həmçinin digər yerli və beynəlxalq yarşlarda da yüksək nəticələr göstərib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN İranın Ermənistandakı səfirinin əsassız iddialarına cavab verib

İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, yəni İsrail dronların...

Premyer Liqada yeniliklərolacaq

İngiltərə çempionatında əvəz edilən futbolçulardan oyun zamanı müsahibə almağa icazə veriləcək.   Sfera.az xəbər verir ki, yeni mövsümdə "S...

İsrail Ordusu Qəzzada 1 km-lik tuneli belə məhv etdi – ANBAAN VİDEO

  İsrail ordusu Qəzzanın şimalında 1 km-lik tuneli dağıdıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb....

Kişilər arasında işsizlər qadınlardan ÇOXDUR? – STATİSTİK MÜƏMMA

2025-ci il iyun ayının 1-i vəziyyətinə görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,9 min nəfər olub. Dövl...

Ermənistan İstintaq Komitəsinin binası ətrafında saxlanılanlar var

Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında saxlanılanlar var.   Sfera.az xəbər verir ki, bu haqda “News.am” məlumat yayıb. &n...

Tramp Yaxın Şərqdə yeni sistem formalaşdırır - Kosaçev

ABŞ Prezidenti Donald Trampın İrana qarşı addımında məqsədi təkcə İsrailə deyil, həm də nüfuzlu monarxiyalar arasından əsas oyunçulara arxalanaraq Yaxın Şərqdə ...