Azərbaycanda ağır qəza: Polis zabiti öldü, 4 yaralı var - TƏFƏRRÜAT / FOTO

Azərbaycanda ağır qəza: Polis zabiti öldü, 4 yaralı var - TƏFƏRRÜAT / FOTO

Aprelin 29-da saat 23 radələrində Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva”, 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub.

 

Sfera.az xəbər verir ki, qəzada polis zabiti 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyev həyatını itirib. Məlumata görə, Gədəbəy polis şöbəsinin əməkdaşı olan Şəmkir rayon sakini 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyev Mirsalam oğlu həmin vaxt şəxsi “VAZ-2121” (“Niva”) markalı avtomobili ilə işə gedirmiş.

 

Xəsarət alan 4 nəfərin adı aşağıdakı kimidir:

 

Toğrul Quluzadə (2001);

 

Azər Bəhlulzadə (2022);

 

Fİkrət Bağırov (2001);

 

Zirəddin Mahmudov (1997).

 

Sfera.az APA-ya istinadən qəzada həyatını itirən polis zabiti 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin fotolarını təqdim edir:

 

 


OXŞAR XƏBƏRLƏR