Dilarə Oqtay Əliyevin vəfatından sonra ilk dəfə DANIŞDI - VİDEO

Dilarə Oqtay Əliyevin vəfatından sonra ilk dəfə DANIŞDI - VİDEO

"Bu verilişə başlayarkən, haradan bilərdim ki, əlimdən tutub səhnəyə gətirən, bu sənətin sirlərini öyrədən sənət, sirr, dərd, ömür-gün yoldaşım Oqtay Əliyev haqqında monoloq deyəcəyəm? Bu sənət pilləkənində ilk daşım sən idin. Heç vaxt qoymazdın ayağıma daş dəysin. İndi haranın daşını başıma töküm, bilmirəm…"

 

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində deyib. 



Həyat yoldaşı, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfatından sonra ilk dəfə efirə çıxan sənətçi fikirlərini ifadə edərkən göz yaşlarına boğulub: 



"Hansısa bir işə başlayanda çox arxayın idim. Bilirdim ki, arxamda dağ kimi dayanmısan. İndi ürəyimdə özüm boyda dağ var. Ağrı dağını çox sevirdin. İndi kürəyimdə ağrı, ürəyimdə dağ var. İpə-sapa yatmaz adam idin, bir yerdə durmazdın, hamının yanında idin. İndi sən hamının yadındasan. Harada desən, orada var idin.



Amma mən qəzada ayılanda yanımda yox idin. Hər səhərimi səninlə açardım. Məndən əvvəl oyanardın. Amma mən qəzada ayılanda sən artıq yox idin. Həmişə hər işin arxasınca məndən əvvəl gedərdin, rahatlaşdırardın. Amma bu dəfə məndən qabağa düşdün. İnşallah, Oqtay,… Görüşəcəyik". 

 

Qeyd edək ki, O.Əliyev 22 mart tarixində axşam saat 18:00 radələrində avtomobil qəzasında dünyasını dəyişib.  Onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almasa da, M.Zəki aldığı ciddi bədən xəsarətlərindən bir müddət xəstəxanaların birində müalicə alıb. 
 


OXŞAR XƏBƏRLƏR

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...