Qaxda evdən geyim oğurlayan şəxslər saxlanıldı

Qaxda evdən geyim oğurlayan şəxslər saxlanıldı

Qax rayonunun Cəlayir kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, gecə saatlarında sahiblərinin evdə olmadığını fürsət bilən naməlum şəxslər evə daxil olaraq, oradan geyimlər və digər əşyaları oğurlayıblar. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri - Rəvan Əşrəlizadə və onunla əlbir olan yeniyetmə saxlanılıb. Saxlanılan şəxslər ifadələrində törətdikləri əməli etiraf ediblər. Davam etdirilən tədbirlərlə onların oğurladıqları əşyalar da maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

 

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Ərdoğanın Azərbaycana səfəri başa çatdı

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər verir ki, Füzuli ...

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...