Müdafiə Nazirliyi məlumat yaydı
Cəmiyyət
20:56 / 29.04.2023
3830
“Aprelin 29-u guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”.
Sfera.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu, Ermənistanın növbəti dezinformasiyadır. Görünən odur ki, Ermənistan ordusunda şəxsi heyət arasında nizam-intizam və hərbi nizamnamədənkənar münasibətlər ciddi problem olaraq qalmaqdadır”, - məlumatda qeyd olunub.