Anar Ələkbərov FIA prezidenti ilə görüşdü - FOTO

Anar Ələkbərov FIA prezidenti ilə görüşdü - FOTO

Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov  Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Bakıda səfərdə olan Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed Ben Sulayem ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, görüşdə FIA ilə AAF arasındakı mövcud sıx əməkdaşlıq, bir sıra birgə layihələr, o cümlədən Beynəlxalq Avtomobil Federasiyasının Baş Assambleyasının 2023-cü il dekabrın 4-8-də Bakıda keçiriləcək iclası və mükafatlandırma mərasiminə (FIA Prize-Giving Ceremony) hazırlıqlarla bağlı təşkilati məsələlər müzakirə olunub.

 

Anar Ələkbərov FIA ilə əlaqəli şəkildə tədbirə hazırlıq işlərinin aparıldığını qeyd edib. Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsindən məmnunluq bildirilib və bu kimi idman tədbirlərinin Azərbaycanda avtomobil idmanının təşviqində böyük rol oynadığı vurğulanıb.

 

Xatırladaq ki, ötən il FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərində keçirilən iclasında Bakı səsvermə ilə Beynəlxalq Avtomobil Federasiyasının Baş Assambleyasının toplantısı və mükafatlandırma mərasiminin növbəti ev sahibi seçilib. FIA Baş Assambleyasının iclası və mükafatlandırma mərasiminə ev sahibliyi etmək üçün bir neçə ölkə, həmçinin, Azərbaycan müraciət etmişdi. Səsvermə nəticəsində Bakının namizədliyi təsdiq olunub. FIA Baş Assambleyasının iclası və mükafatlandırma mərasimi tədbirləri zamanı dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları ölkəmizdə bir araya gələcək.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...