600 uşağın bioloji atası olan şəxslə bağlı QƏRAR: “Sperma bağışlamağa davam etsən...”

600 uşağın bioloji atası olan şəxslə bağlı QƏRAR: “Sperma bağışlamağa davam etsən...”

Təxminən 500-600 uşağın bioloji atası olan hollandiyalı sperma donoru barədə qərar verilib.

 

Sfera.az bildirir ki, sözügedən şəxsə məhkəmə tərəfindən prosesi dayandırmaq əmri verilib. Belə ki, Hollandiya məhkəməsi kişiyə xaricdəki sperma bankları ilə əlaqə saxlamağı və onlardan hələ də ehtiyatda olan spermasını məhv etmələrini tələb edib. Məlumata görə, şəxs daha çox sperma bağışlayarsa, 100 min avro cərimələnə bilər.

 

Qeyd olunub ki, məhkəmədə iddianı Niderlandın Uşaq Donor Fondu qaldırıb. Fond adı “qara siyahı”da olan hollandiyalı sperma donoru, 41 yaşlı Conatan M.-nin daha sperma bağışlamasını istəmir. Çünki sperma donorluğu ilə uşaq sahibi olan ailələr eyni donordan olan yüzlərlə uşağın qohum evliliyi riski ilə üzləşə biləcəyindən narahatdırlar. Mülki işə baxan hakim bildirib ki, donor valideynləri razı salmaq üçün bu barədə qəsdən yalan danışıb:

 

“Bu valideynlər indi ailələrindəki uşaqların yüzlərlə bacı-qardaşları olan böyük bir qohumluq şəbəkəsinin bir hissəsi olması faktı ilə üzləşirlər. Bunun uşaqlar üçün mənfi psixososial nəticələri var və ya ola bilər”.

 

Niderland qanunlarına görə, donorlar maksimum 12 qadına sperma verə və 25 uşağın bioloji atası ola bilərlər. Bu, eyni donordan olan uşaqların bir-biri ilə cinsi əlaqəyə girməsinin və irsi xəstəliklərin yayılmasının qarşısını almaq üçündür. Lakin qanuni maneələrə baxmayaraq Conatan gizlin ianələr edib. Onun öz ölkəsində 102 uşağın bioloji atası olduğu müəyyən edilib. Ölkəsində donorluğu qadağan edilsə də, Conatan dünyanın müxtəlif yerlərindəki sperma banklarına və şəxslərə sperma bağışlamaqda davam edib. Hazırda müxtəlif ölkələrdə 550-dən çox uşağı var. Bu üsulla dünyaya gələn uşaqlar 16 yaşına çatdıqda bioloji atasının kimliyini öyrənə bilərlər.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...