Azərbaycanda AĞIR QƏZA - 3 nəfər ölüb, 8-i yaralanıb + YENİLƏNDİ

Ağstafa Rayon Polis Şöbəsinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar nəticəsində Toyota və VAZ 2107 markalı avtomobilin toqquşması, Toyota markalı avtomobilin 6 sərnişinin yaralanması, VAZ 2107 markalı avtomobildə olan 5 nəfərdən 3-nün ölməsi məlum olub.
Yaralılar xəstəxanaya yerləşdirilib, faktla bağlı əlavə məlumat veriləcək
***
14:20
Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların olduğu bildirilir.
Hadisə yerinə Dövlət Yol Polisi (DYP) əməkdaşları və təcili tibbi yardım avtomobilləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.(Report)