Ukrayna savaşı sona çatır? – “Hər şey Vaşinqtondan asılıdır”

Ukrayna savaşı sona çatır? – “Hər şey Vaşinqtondan asılıdır”

“Ukrayna əks-hücum əməliyyatları nəticəsində rus qoşunlarını ölkədən çıxara biləcək. Bu, Kremlə öz resurslarını bərpa etməyə mane olacaq və Rusiyanın hücum potensialı zəifləyəcək”.

 

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitu məlumat yayıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Vaşinqton Kiyevi sonadək və lazımi səviyyədə dəstəkləməsə, əks-hücum əməliyyatlarının ciddi nəticə verəcəyi ehtimalı sual altına düşəcək:

 

“Qərb analitiklərinin iddia etdiyi kimi Rusiyanın resursları həqiqətən tükənir. Rusiyaya dəstək verə biləcək ölkələr isə barmaqla sayılacaq qədər azdır. Bu dövlətlər xüsusilə İran və Çindir. Hərçənd onlar da Qərbin arta biləcək təzyiqlərinə görə ehtiyatlı davranırlar. Amma Ukraynaya dəstək dayanmadan davam edir. Ukrayna rəsmiləri daha əvvəl bildiriblər ki, müharibə bu il başa çata bilər. İlin sonuna təxminən 6 ay qalıb. Bu isə o deməkdir ki, Kiyev əks-hücum əməliyyatlarına başlamaq üçün vaxt itirməməlidir. Müharibənin taleyini həll edə biləcək siyasi aktor ABŞ-dir. Çox şey ehtimal edilən əks-hücum əməliyyatları başlayandan sonra Vaşinqtonun özünü necə aparmasından asılıdır”.

 

Müsahibimizin fikrincə, Ağ Ev başa düşür ki, Rusiya tam çıxılmaz vəziyyətə düşdüyünü anlayanda nüvə silahından istifadə edə bilər:

 

“Bu, Qərbə sərf etmir. Ona görə Vaşinqtonun Kiyevə hərbi dəstəyi gah arta, gah azala bilər. Çox güman, Ukraynanı narahat edən də məhz budur. Zelenski əks-hücum əməliyyatlarına başlayandan sonra yarı yolda qalmaq istəmir. Ancaq əməliyyatlar ən yaxın zamanda başlamalıdır, hazırda vaxt Kiyevin əleyhinə işləyir. Rusiya ordusu gərgin döyüşlərin davam etdiyi Baxmut şəhərində tədricən möhkəmlənməyə çalışır. Ukrayna Rusiya Baxmuta nəzarəti tam təmin etmədən əks- hücum əməliyyatlarına başlamalı və qarşı tərəfi şəhərdən çıxarmalıdır. Hazırkı mərhələdə müharibənin sonu görünmür. Amma əks- hücum əməliyyatlarından çox şey asılıdır. Bu əməliyyatların nəticəsi həlledici ola bilər”.

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....

Qaxa istirahətə gedən keçmiş hərbçi evdə ölü tapıldı

Qaxa istirahətə gedən Bakı sakini evdə ölü tapılıb.   Sfera.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qaşqaç...