Atası tərəfindən kor edilən Osmanlı Şahzadəsi

Atası tərəfindən kor edilən Osmanlı Şahzadəsi

Tarixdə varislik sisteminə fərqli bir baxış gətirəcək Savcı (prokuror) bəy üsyanının hekayəsini bilirdinizmi?
 

Sfera.az bu hekayənin ətraflı məzmununu təqdim edir.


Osmanlı imperiyasının üçüncü sultanı I Muradın beş oğlu olduğu məlumdur. Bunlar: Yıldırım Bayezid, Yahşi bəy, Yakup Çələbi, Savcı bəy və Şehzade İbrahimdir. Bu oğullardan ən görkəmliləri atası I Muradın ölümündən sonra taxta çıxan Savcı bəy, Yakup Çələbi və Yıldırım Bayeziddir.


Bursa sancağında təhsil almaq və vəzifə yerinə yetirmək üçün təyin olunan Savcı bəy hərəkətləri ilə atası I Muradın diqqətini çəkib. Bu səbəbdən Bizans imperatoru İoannis Paleoloqosla birlikdə yürüş zamanı I Muradın oğlu Savcı bəyi 14 yaşı olmasına baxmayaraq taxt-taca naib təyin edib.


Lakin atasının yoxluğundan istifadə edən Savcı bəy Bizans imperatoru IV İoannis Paleoloqosun oğlu Andronikosla əməkdaşlıq edir. Bu iki oğul atalarının yoxluğunda ölkədə lider olmaq üçün hazırlıq planı görürlər. Savcı sultan olmaq üçün xütbə verib, adına pul çap edib, Bursada hökmranlığını elan edib.
 

Ata və oğul münaqişəsi
 

İstanbul yaxınlığındakı bir yerə qoşun toplayan ata ilə iki oğul arasında qarşıdurma baş verib. Sultan I Muradın komandanlığı altında olan ordu, Savcı bəy və IV. Andronikosun komandanlığı altında olan ordunu məğlub edir.


Bunun üzərinə Savcı bəy bu gün Yunanıstanın Evros əyaləti sərhədlərində yerləşən Dimetoka qəsəbəsinə qaçaraq atası tərəfindən tutulmaqdan xilas olub. IV. Andronikos isə döyüşün sonunda ələ keçirilir.

Lakin Dimetokaya gələn atasından qaçmağı bacaran Şahzadə Savcı bəy Bursaya dönərək oraya qoşun toplamaq cəhdini davam etdirir. Sultan isə Çanaqqala boğazından keçərək Bursada şahzadəsini tutmağa çalışır.

 

I Murad və oğlu Savcı bəyin qarşılaşması


1374-cü ildə Bursada Nilüfer çayında Uçurtma düzənliyində qarşılaşan ata və oğul qoşunları toqquşmağa başlayıb. İki bölmə arasında say və təşkilat baxımından əhəmiyyətli fərq olduğu üçün Savcı bəyin bölməsi məğlub oldu. Nəticədə Savcı bəy atası I Murad tərəfindən tutulub.


Şahzadə Savcı bəyin hökmü
 

Yaxalandıqdan sonra şahzadə Savcı bəyi gözləyən cəza onun gözünə mil taxaraq kor edilməsi idi. Məlumdur ki, Sultan I Muradın göstərişi ilə gələcəkdə üsyan kimi hadisələr yaşamamaq üçün Savcı bəyin gözünə bir mil çəkildikdən sonra boğularaq öldürülüb.


IV. Andronikosun cəzası və ikinci üsyanı


Bizans sıralarında da işlər oxşar şəkildə davam edirdi. Oğlu IV. Andronikosun cəzalandırılmasını əmr edən V İoannis Paleoloqos oğlunun gözünə isti sirkə tökərək onu və yarı kor etmişdi.
 

Lakin oğlunu edam etməyən və onu sağ saxlayan V. İoannis Paleoloqos yenidən üsyanla üzləşdi və hətta IV. Andronikosun qısa müddət ərzində Bizans imperatoru kimi xidmət etdiyi də məlumdur.


Osmanlı İmperiyasında Savcı bəyin yeri və əhəmiyyəti


Bu hadisə Osmanlı İmperiyasında ilk şahzadə üsyanı, taxt-tac uğrunda mübarizə və uşaqların öldürülməsi kimi tarixə düşür. Demək olar ki, gələcəkdə baş verəcək qardaş qırğınının qanuna salınmasından sonra taxt-taca oturmaq, müxtəlif varislik sistemləri və bir çox başqa vəziyyətlər bunun qarşısını almağa zəmin yaradıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...