İlk qarın \"dadını\" çıxarırlar
18:31 / 17.10.2016
2285
Qax rayonunun yaşayış məntəqələrinə ilk qar yağıb.
APA-nın məlumatına görə, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
Oktyabrın 16-sı axşam saatlarından başlayaraq bölgəyə aramsız yağış yağır, havanın hərarəti düzənlik ərazilərdə müsbət 7 dərəcəyə, dağlıq və yüksək dağlıq ərazilərdə isə sıfır dərəcədən aşağı düşüb.
Bu gün saat 17 radələrindən Qax rayonun İlisu və Sarıbaş kəndlərinə isə ilk qar yağmağa başlayıb.
Yerli sakinlərin APA-ya verdiyi məlumata görə, hazırda qar yağması davam edir. İlisuda qarın qalınlığı 1-2 sm, Sarıbaşda isə 3-5 sm təşkil edir.