Zaqatalada iki nəfəri it dişlədi

Hadisə
20:00 / 28.04.2023
4080
Zaqatalada iki nəfəri it dişləyib.
Sfera.az-ın məlumatına görə, bu gün rayonun Yuxarı Tala kənd sakini 2016-cı il təvəllüdlü Əhməd Seyran oğlu Əhmədzadə və Makov kənd sakini 1985-ci il təvəllüdlü Dilbər Ramazan qızı Əliyeva it dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.