Şirkətlərin banklarda olan vəsaitləri azalır - Daha çox bu vəsaitlər çıxarılır

Şirkətlərin banklarda olan vəsaitləri azalır - Daha çox bu vəsaitlər çıxarılır

Azərbaycanda artıq üçüncü aydır ki, depozitlərin həcmində azalma müşahidə edilir. 


Sfera.az xəbər verir ki, 2022-ci ilin dekabrında 36,25 milyard manat dəyərində olan depozitlərin həcmi sonrakı 3 ayda, yəni birinci rüb ərzində davamlı azalaraq 34,55 milyard manata düşüb. 


Birinci rüb ərzində depozitlərin həcmi 1,7 milyard manat, yəni 4,7 faiz azalıb. 


Depozitlərin azalmasının səbəbi qeyri-maliyyə təşkilatlarının vəsaitlərinin bir hissəsini banklarından götürməsidir. 


Qeyd edək ki, depozitlər 3 hissədən - əhalinin əmanətlərindən, maliyyə və qeyri-maliyyə təşkilatlarının vəsaitlərindən ibarətdir. 


Birinci rübdə əhalinin əmanətləri və maliyyə təşkilatlarının vəsaitləri artıb. Bu müddətdə əmanətlərin məbləği 11,743 milyard manatdan 11,964 milyard manata, maliyyə təşkilatlarının vəsaitləri isə 2,48 milyard manatdan 2,64 milyard manata yüksəlib. 


İki mənbə üzrə vəsaitlər artsa da qeyri-maliyyə təşkilatlarının vəsaitləri kəskin azalıb. Birinci rüb ərzində qeyri-maliyyə təşkilatları banklardan 2,075 milyard manat çıxarıb və bunun nəticəsində şirkətlərə aid olan vəsait 22,025 milyard manatdan 19,95 milyard manata enib. 


Qeyri-maliyyə təşkilatlarının vəsaitlərində azalma daha çox xarici valyutada olan vəsaitlərdə baş verib. Xarici valyutada olan vəsaitlər 1,63 milyard manat azalıb. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...