Trampın Baydeni yamsıladığı görüntülər gündəm oldu - VİDEO

Trampın Baydeni yamsıladığı görüntülər gündəm oldu - VİDEO

ABŞ-nin keçmiş prezidenti Donald Trampın son hərəkəti müzakirə obyekti olub.

 

Sfera.az bildirir ki, o, Co Baydenin namizədliyi açıqlandıqdan sonra ilk dəfə mitinq keçirib.

 

Mitinqin sonunda Tramp Ağ Ev rəhbərini təqlid edib. Həmin an zaldakıların gülüşünə səbəb olub.

 

Tramp həmçinin, Baydenin namizədliyinə “Truth Social”dakı sosial şəbəkə hesabından da reaksiya verib:  

 

“Amerika tarixinin ən pis beş prezidenti belə Co Baydenin bir neçə ildir millətimizə vurduğu zərəri vurmayıb. Belə qorxunc və uğursuz prezidentlik dövrünə rəğmən, Baydenin yenidən seçilmək barədə düşünməsi inanılmazdır”.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR