Türkiyənin xarici ticarətində pisləşmə davam edir - RƏQƏMLƏR

Türkiyənin xarici ticarətində pisləşmə davam edir - RƏQƏMLƏR

Türkiyənin xarici ticarətində pisləşmə davam edir. 


Sfera.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, 2023-cü ilin birinci rübündə ölkənin xarici ticarətində kəsir 34,7 milyard dollara yüksəlib. 


Ötən ilin birinci rübündə xarici ticarətdə kəsirin məbləği 26,5 milyard dollar idi. Müqayisə göstərir ki, xarici ticarət kəsiri 8,2 milyard dollar və ya 30,7 faiz artıb. 


İxracın idxalı ödəmə nisbəti də pisləşib. 2022-ci ilin birinci rübündə ixrac idxalın 69,4 faizinə bərabər olduğu halda bu ilin birinci rübündə nisbət 64 faizə enib. 


Qeyd edək ki, Türkiyənin xarici ticarətinin pisləşməsi lirənin məzənnəsinə mənfi təsir göstərir. 2023-cü ilin əvvəlindən bəri lirə dollara nəzərən 5 faizə yaxın ucuzlaşıb.

 

İlin əvvəlində Türkiyədə bir dollar 18,7 lirə olduğu halda, hazırda 19,45 lirədir. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...

"Mobil tətbiq üzrə rəqibimiz yoxdur" - Nadir Babazadə

"Mobil tətbiq üzrə özümüzə rəqib görmürük".   Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən ABB İnvest şirkətinin fəaliyyətinə dair mətbu...