Formula 1 Azərbaycan Qran Prisinin birinci sərbəst yürüşü BAŞA ÇATDI - YENİLƏNDİ + FOTOLAR

Formula 1 Azərbaycan Qran Prisinin birinci sərbəst yürüşü BAŞA ÇATDI - YENİLƏNDİ + FOTOLAR

Formula 1 üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb. 

 

Sfera.az xəbər verir ki, bir saat davam edən yarışda ilk yeri  "Red Bull"u təmsil edən Maks Ferstappen tutub.

 

"Ferrari"ni təmsil edən  Şarl Lekler ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres isə üçüncü olub.

 

 

***

 

13:41


Formula 1 Azərbaycan Qran Prisi yarışlarının birinci sərbəst yürüşü başlayıb.

 

Sfera.az xəbər verir ki,  1 saat davam edəcək yürüşdə 20 iştirakçı mübarizə aparır.

 

An etibarilə ilk yerləri Britaniya bayrağı altında yarışan belçikalı  yarış sürücüsü Lando Norris  və Moneqask yarış sürücüsü Charles Marc Herve Perceval Lecler bölüşür.

 

Əzizə

Fotolar: Anar Bayramlı


OXŞAR XƏBƏRLƏR